SON DƏQİQƏ: Zəlzələ qurbanlarının sayı 8574-ə çatdı

SON DƏQİQƏ: Zəlzələ qurbanlarının sayı 8574-ə çatdı

Hazırda oxunan: SON DƏQİQƏ: Zəlzələ qurbanlarının sayı 8574-ə çatdı

119120

Türkiyədə zəlzələdə həlak olanların sayı 8574 nəfərdir.

Bizim.Media xəbər verir ki, bu barədə Kahramanmaraşa səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, zəlzələ nəticəsində 49 133 nəfər xəsarət alıb, 6 444 bina dağılıb.

12.40***

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 7108-ə yüksəlib.

Bizim.Media xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Yararlıların sayı isə 40910-a çatıb.

12.01***

Türkiyədə zəlzələdə ölənlərin sayı 6 957 nəfərə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Zəlzələ nəticəsində xəsarət alanların sayı isə 38 224 nəfərdir.

10.42***

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 6234-ə çatıb.

Təbii fəlakət nəticəsində 37 011 nəfər yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

09.05***

Türkiyədə zəlzələdə ölənlərin sayı 5 894 nəfərə çatıb, 34 810 nəfər yaralanıb.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib.

Onun sözlərinə görə, zəlzələ nəticəsində 5 775 bina dağılıb.

“Dağıntılar altından 8 mindən çox şəxs sağ çıxarılıb. Axtarış-xilasetmə fəaliyyətlərimiz davam edir. Bu işlərə faktiki olaraq 6 218 nəfər təyin edilib və işləyir. Axtarış və xilasetmə qruplarına təxminən 1500 əlavə şəxs cəlb ediləcək”.

Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO