İstanbulda “Azərbaycan-Türkiyə II Enerji Forumunun Protokolu” imzalanacaq - FOTO

İstanbulda “Azərbaycan-Türkiyə II Enerji Forumunun Protokolu” imzalanacaq - FOTO

Hazırda oxunan: İstanbulda “Azərbaycan-Türkiyə II Enerji Forumunun Protokolu” imzalanacaq - FOTO
97787
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İstanbulda Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzin rəhbərliyi ilə Azərbaycan-Türkiyə II Enerji Forumu keçirilir.

Bizim.Media xəbər verir ki, Forumdan əvvəl hər iki ölkənin enerji nazirləri arasında ikitərəfli görüş olub.

Görüşdə Enerji Forumu formatında əməkdaşlıq prioritetləri üzrə İşçi qruplarının fəaliyyəti nəzərdən keçirilib.

Karbohidrogen, bərpa olunan enerji, enerji səmərəliliyi, elektrik enerjisi bazarı və tənzimləmə məsələləri üzrə dörd İşçi qrupunun oktyabrın 5-də keçirilən görüşlərinin nəticələri barədə müzakirələr aparılıb.
Həmçinin təbii qaz və elektrik enerjisinin tədarükü, eləcə də tranziti ilə bağlı tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi müzakirə edilib.

Tədbirin yekununda “Azərbaycan-Türkiyə II Enerji Forumunun Protokolu”nun imzalanması gözlənilir.

Bizim.Media

İstanbulda “Azərbaycan-Türkiyə II Enerji Forumunun Protokolu” imzalanacaq - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO