Azərbaycanda pensiyalar nə qədər artacaq? – AÇIQLAMA

Azərbaycanda pensiyalar nə qədər artacaq? – AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanda pensiyalar nə qədər artacaq? – AÇIQLAMA
97046
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklər pensiyaların daha çox artırılmasına imkan verəcək.

Bizim.Media xəbər verir ki, bunu trend.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, Azərbaycan sosial yönümlü dövlətdir və Azərbaycan dövlətinin apardığı siyasətin mərkəzində vətəndaş dayanır.

“Bu dəyişikliklərin əsas mahiyyəti ondan ibarətdir ki, pensiyaçıların pensiyalarının indeksləşdirilməsində olan fərq aradan qaldırılsın və vahid indeksasiya metodu əsasında əmək pensiyaçılarının pensiyaları hesablansın.

Yəni qulluq stajına görə əlavə alan əmək pensiyaçılarının pensiyasına 3-5 ildən bir əlavə edilirdisə və onların pensiyaları artırdısa, yeni indeksasiya metoduna keçiddən sonra hər ilin əvvəlində qulluq əlavəsi alan şəxslərin də pensiyası digər şəxslərin pensiyası kimi indeksləşdirilərək artırılacaq.
Yəni qulluq stajına görə əlavə almaq hüququ olan şəxslərin pensiyası hər il indeksasiya ediləcək, əvvəlki metoda nisbətən indi daha çox artacaq, onların sosial rifahı yaxşılaşmış olacaq.

Pensiya artımlarında vahid indeksasiyanın tətbiq edilməsi pensiyaların inflyasiya təsirlərindən qorunmasını təmin edən dünyada geniş tətbiq edilən bir mexanizmdir.

Bundan sonra Azərbaycanda da əmək pensiyaları hesablanacaq. Vahid indeksasiya metodu ilə hesablama infilyasiyanın nəzərə alınmasına imkan verəcək ki, bu da çox önəmli bir məsələdir.

Bu mütərəqqi bir addımdır və pensiyaçılrımızın sosial rifahının yaxşılaşdırılmasına yönəldilib”, - deyə deputat vurğulayıb.

Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklər Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO