Mikayıl Cabbarov Bolqarıstan şirkətlərini Azərbaycana DƏVƏT ETDİ - FOTO

Mikayıl Cabbarov Bolqarıstan şirkətlərini Azərbaycana DƏVƏT ETDİ - FOTO

Hazırda oxunan: Mikayıl Cabbarov Bolqarıstan şirkətlərini Azərbaycana DƏVƏT ETDİ - FOTO
92608
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İqtisadiyyat naziri Mikayıl Cabbarovun bolqarıstanlı həmkarı Nikola Stoyanovla görüşüb.

Bizim.Media İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığının inkişafı müzakirə edilib.

Mikayıl Cabbarov ölkələrimiz arasında münasibətlərin inkişafını, iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə enerji sahəsində əlaqələrin genişləndiyini vurğulayıb. 

O, ölkəmizin əlverişli işgüzar mühitini, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialını diqqətə çatdırıb.

M.Cabbarov Bolqarıstan şirkətlərini Azərbaycanın işgüzar mühitindən yararlanmağa və fəal əməkdaşlığa dəvət edib.

Bolqarıstanın iqtisadiyyat və sənaye naziri Nikola Stoyanov ölkəsinin ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu, iqtisadi əlaqələrin genişləndirilməsinin digər sahələrdə də tərəfdaşlığın möhkəmləndirilməsinə töhfə verəcəyini qeyd edib.
Tərəflər iqtisadi əməkdaşlığın perspektiv istiqamətləri, investisiya imkanlarının müəyyənləşdirilməsi, nəqliyyat-tranzit sahəsində əlaqələr və Bolqarıstana qaz tədarükü ilə bağlı fikir mübadiləsi aparıb.

Bizim.Media

Mikayıl Cabbarov Bolqarıstan şirkətlərini Azərbaycana DƏVƏT ETDİ - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO