Serbiya Azərbaycanla qaz tədarükü ilə bağlı danışıqlar aparır - Baş nazirin müavini 

Serbiya Azərbaycanla qaz tədarükü ilə bağlı danışıqlar aparır - Baş nazirin müavini 

Hazırda oxunan: Serbiya Azərbaycanla qaz tədarükü ilə bağlı danışıqlar aparır - Baş nazirin müavini 
92244
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Serbiya Azərbaycanla qaz tədarükü müqaviləsinin vaxtından əvvəl bağlanması ilə bağlı danışıqlar aparır.

Bizim.Media Trend.az-a istinadən xəbər verir ki, bu barədə Serbiyanın baş nazirinin müavini, dağ-mədən və energetika naziri Zorana Mixayloviç danışıb.

"Ukraynada müharibənin başlaması ilə Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyəti daha da artıb. İndiki böhrandan əvvəl də aydın idi ki, Cənub Qaz Dəhlizinin böyük əhəmiyyəti var idi, lakin təəssüf ki, Azərbaycandan və Xəzər regionundan qaz nəqli üçün lazımi infrastrukturun qurulması imkanından istifadə edilməyib. Azərbaycan qazı qaz təchizatı mənbələrinin və regionumuzun şaxələndirilməsinin təmin edilməsində mühüm amildir", - deyə o bildirib.

Z.Mixayloviç qeyd edib ki, qonşu ölkələrlə planlaşdırılan interkonnektorların tikintisi ilə Serbiya təkcə Xəzər regionundan qaz istehlakçısı deyil, həm də bu qazı daha sonra regionun digər ölkələrinə nəql edəcək tranzit ölkə ola bilər.
 

Onun sözlərinə görə, Serbiyanın Dağ-Mədən və Energetika Nazirliyi boru kəmərinin tikintisi başa çatana qədər qaz tədarükü müqaviləsinin əldə edilməsi üçün artıq Azərbaycanın sahə nazirliyi ilə danışıqlar aparır.

Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb. Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan "TAP" hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstana isə bir milyard kubmetr qaz tədarük edəcək.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO