
- A-
- A
- A+
Xəzər rayonunda şam ağaclarını kim kəsib? – RƏSMİ CAVAB
Xəzər rayonu, Buzovna qəsəbəsi, "Rahat Market"in qarşısında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova yayıb.
Onun sözlərinə görə, fakt araşdırılıb.
Müəyyən olunub ki, rayon ərazisində müxtəlif ünvanlarda quru və qəzalı vəziyyətdə olan ağacların götürülməsi ilə bağlı Xəzər rayon İcra Hakimiyyəti tərəfindən Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət olunub.
Rayonun bir neçə yerində, o cümlədən Buzovna qəsəbəsindəki "Rahat" marketin qarşısında Agentlik tərəfindən qurumuş şam ağaclarının götürülərək əvəzinə yeni ağacların əkilməsi şərtilə rəy verilib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































