Xaçmazda fındıq YIĞIMI BAŞLADI - FOTO

Xaçmazda fındıq YIĞIMI BAŞLADI - FOTO

Hazırda oxunan: Xaçmazda fındıq YIĞIMI BAŞLADI - FOTO
87465
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xaçmaz rayonunun iqtisadiyyyatında meyvəçilik, tərəvəzçilik, heyvandarlıq və taxılçılıqla yanaşı, fındıqçılıq da əsas yer tutur.  

Azərbaycanda Şəki-Zaqatala bölgəsindən sonra Xaçmaz iqtisadi rayonunda da fındıqçılıq əsas kənd təsərrüfatı sahələrindən biridir.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, artıq bir neçə gündür ki, rayonun Dədəli, Bostançı, Palıdlı, Nağıoba, Kiçik Baraxum, Sibiroba, Hacı Əbrürrəhimoba kəndlərində fındıq yığımına başlanılıb.  

Yağıntılı hava yığıma mane olsa da, sakinlər yığımı davam etdirirlər. Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən Bizim.Media-ya verilən açıqlamada bildirilib ki, rayonda 9821 hektar fındıq sahəsi var. 
Kütləvi fındıq yığımına avqustun 10-dan sonra başlanılacaq.  

Qeyd olunub ki, rayonda fındığın 12 qəbul məntəqəsi, 2 emal müəssisəsi var. Xaçmaz fındıq zavodunda emal edilən məhsullar Rusiyaya, Polşaya, Malayziyaya və digər ölkələrə göndərilir. Xaricə məhsul göndərən iş adamları deyir ki, ruslar Xaçmazın pomidoru, ağ gilası kimi, fındığını da çox sevirlər.

Qeyd edək ki, tozağacıkimilər fəsiləsinə, ikiləpəlilər sinfinə aid olan fındıq meyvəsinin Azərbaycanda xeyli qədim, seleksiya və institut sortları var ki, onlardan Xaçmazda "Ata-baba", Yağlı fındıq", "Xacmaz", Qızıl" və digər sortları yetişir.
El arasında kəşfiyyatçı meyvəsi kimi tanınan fındığın məhsuldarlığı keçən il 14.1 sentner olub. Bu ilki məhsuldarlıq yığım başa çatandan sonra məlum olacaq. Bir müddət əvvəl güclü küləyin fındığı yerə tökməsinin məhsuldarlığa təsir edəcəyi istisna edilmir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO