Özbəkistan Qarabağda infrastruktur layihələrinə sərmayə qoyacaq - DAŞKƏND BƏYANNAMƏSİ

Özbəkistan Qarabağda infrastruktur layihələrinə sərmayə qoyacaq - DAŞKƏND BƏYANNAMƏSİ

Hazırda oxunan: Özbəkistan Qarabağda infrastruktur layihələrinə sərmayə qoyacaq - DAŞKƏND BƏYANNAMƏSİ
86650
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Özbəkistan Azərbaycanın işğaldan azad edilmiş ərazilərində infrastruktur layihələrinə sərmayə qoyacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan, Özbəkistan və Türkiyə xarici işlər nazirlərinin I üçtərəfli görüşünün yekununda imzalanmış Daşkənd Bəyannaməsində qeyd olunub.

“Tərəflər Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur bölgələrinə investisiya qoyaraq Azərbaycanın döyüşlərdən sonrakı reabilitasiya, yenidənqurma və reinteqrasiya səylərinə töhfə verməyin önəmini vurğulayırlar və Azərbaycan tərəfi, türk və özbək şirkətlərinin Azərbaycanın azad edilmiş torpaqlarının bərpası və yenidənqurması istiqamətində infrastruktur layihələrində iştirakını təqdir edir”, - sənəddə deyilir.

Sənəddə beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından Zəngəzur dəhlizinin açılmasının önəmi vurğulanıb: 

“Tərəflər Şərqi Zəngəzurla Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasını bir-birinə bağlayan Zəngəzur dəhlizinin açılmasının beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından önəmini vurğulayırlar”.

Qeyd olunub ki, ölkələr beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində bir-birilərinin ərazi bütövlüyünə tam hörmət göstərdiklərini bir daha vurğulayır və hər üç dövlətin suverenliyi və ərazi bütövlüyünü təhdid edən fəaliyyətlərə qarşı bir-birilərinin səylərini beynəlxalq hüquqa uyğun olaraq dəstəklərini ifadə edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO