2022-ci ildə Azərbaycanda ÜDM artımı 3,5% təşkil edəcək - Beynəlxalq reytinq agentliyi

2022-ci ildə Azərbaycanda ÜDM artımı 3,5% təşkil edəcək - Beynəlxalq reytinq agentliyi

Hazırda oxunan: 2022-ci ildə Azərbaycanda ÜDM artımı 3,5% təşkil edəcək - Beynəlxalq reytinq agentliyi
85183
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan iqtisadiyyatının 2022-ci ildə artım proqnozunu daha əvvəl gözlənilən 2,7%-dən 3,5%-ə qədər yaxşılaşdırıb.

Bizim.Media xəbər verir ki, bu barədə agentliyin press relizində deyilir.

Məlumata əsasən, Azərbaycanın 2023-2025-ci illər üçün ÜDM artımı proqnozları yanvar ayından bəri dəyişməz qalıb. 2023-2024-cü illərdə bu rəqəm 1,5%, 2025-ci ildə 1% təşkil edəcək.

Agentliyin proqnozlarına görə, 2023-2025-ci illərdə Azərbaycan iqtisadiyyatının orta illik artımı təxminən 1,3% təşkil edəcək.

S&P 2022-ci il üçün Azərbaycanın nominal ÜDM-ni 72 milyard dollar (yanvarda - 61 milyard dollar), 2023-cü ildə 69 milyard dollar (60 milyard dollar), 2024-cü ildə 61 milyard dollar (58 milyard dollar), 2025-ci ildə 64 milyard dollar (61 milyard dollar) səviyyəsində proqnozlaşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO