"Rusiya ehtiyatda olan hərbçilərin gizli səfərbərliyinə başlayıb" – Ukrayna MN 

Hazırda oxunan: "Rusiya ehtiyatda olan hərbçilərin gizli səfərbərliyinə başlayıb" – Ukrayna MN 

67837

Rusiya ehtiyatda olan hərbçilərin gizli səfərbərliyinə başlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb. 

“Səfərbərlik əsasən Krasnodar, Perm, Dağıstan, İnquşetiya və Kalmıkiya ərazilərini əhatə edir.

Ehtiyatda olan hərbçiləri həvəsləndirən maddi maraqdır. Rusiya hərbçiləri düşünürlər ki, onlar quldurluq və talançılıqla maddi durumlarını yaxşılaşdıra bilərlər”, - deyə məlumatda qeyd edilib. 

Həmçinin göstərilir ki, Rusiya səfərbərliyə təxminən 60 min nəfərin cəlb olunacağını gözləyir. 

“Qarşı tərəfin 2 zirehli texnikası, 43 avtomobili və 1 minaatanı məhv edilib. Eyni dövr ərzində Ukrayna Silahlı Qüvvələrinin zenit-raket qüvvələri 6 hava hədəfini - üç təyyarə (SU-34, SU-35 və İl-22 təyyarələri), bir helikopter və iki qanadlı raketi məhv edib” – deyə nazirlikdən bildirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO