Dünya Bankının büdcəyə nəzarət layihəsi bizə nə verəcək?

Dünya Bankının büdcəyə nəzarət layihəsi bizə nə verəcək?

Hazırda oxunan: Dünya Bankının büdcəyə nəzarət layihəsi bizə nə verəcək?
64416
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İki gün öncə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Dünya Bankının Orta Müddətli Xərcləmələr Çərçivəsinin Potensialın Gücləndirilməsi Proqramının tapşırıq qrupu ilə onlayn formatda görüş keçiriblər.

Dünya Bankı, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində bu yaxınlarda Orta Müddətli Xərcləmələr Çərçivəsinin Potensialın Gücləndirilməsi Proqramına (OMXÇ PGP) start verib.

Bu barədə Bizim.Media-a danışan millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Dünya Bankı və Azərbaycan arasında əməkdaşlığın güclənməsinin müşahidə olunduğunu bildirib.

“Nəzərə alsaq ki, iki öncə onlayn görüş istiqamətində qanunvericilik bazası və bütövlükdə hüquqi mühitin daha da təkmilləşdirilməsi məsələsi müzakirə olundu”.

Millət vəkili qeyd edir ki, bu hadisə çox əhəmiyyətli xarakter daşıyır.

“Azərbaycan və Dünya Bankı arasındakı büdcə yönümlü əməkdaşlıq büdcə gəlirlərində şəffaflığın daha da artırılmasına, hesabatların gücləndirilməsi və büdcə prosesinin beynəlxalq standartlara uyğun olaraq qurulması baxımından vacibdir”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO