"TEKNOFEST Azərbaycan"da texnoloji müsabiqələrin qeydiyyatı yekunlaşdı – 1000-ə yaxın müraciət var 

Hazırda oxunan: "TEKNOFEST Azərbaycan"da texnoloji müsabiqələrin qeydiyyatı yekunlaşdı – 1000-ə yaxın müraciət var 
62827
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə Teknoloji Takımı Vakfının (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə bu ilin 26 – 29 may tarixlərində Bakıda ilk dəfə olaraq keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına hazırlıq çərçivəsində məktəblilər, tələbələr və gənc sahibkarların iştirakını nəzərdə tutan müsabiqələrin qeydiyyat prosesi başa çatıb. 

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, 1000-ə yaxın gənc müsabiqələrdə iştirak etmək üçün innovativ layihələrini təqdim edib. 

“Sosial yönümlü”, “Yaşıl” və “Aqrar” texnologiyalar, “Robotexnika”, “Baku Skills”, “Pilotsuz uçuş aparatları”, “Cansat”, “Peyk modelləşdirilməsi” və “Sailplaner” müsabiqələri üzrə çoxsaylı müraciətlər fərdi və qrup şəklində təqdim edilib. 

Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində “Smart Qarabağ” Hakatonu, kiber idman üzrə Avropa çempionatının “Rocket League” mərhələsi və “Take Off Baku” Beynəlxalq Startap Sammitinə qeydiyyat davam edir. “Take Off Baku” Startap Sammitinə son müraciət tarixi 31 mart, “Smart Qarabağ” Hakatonu və “Rocket League” yarışı üçün 1 aprel 2022-ci ildir. 

Bildiririk ki, “TEKNOFEST” Türkiyənin ən böyük aviakosmik və texnologiya festivalı olaraq Teknoloji Takımı Vakfının (T3 Vakfı) və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi tərəfindən 2018-ci ildən etibarən hər il təşkil olunur.
Festivalın Türkiyənin hüdudlarından kənarda ilk dəfə Azərbaycanda keçirilməsi iki ölkə arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin bariz nümunəsidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO