"Bakı Fond Birjası"nın dövriyyəsi 11% artdı

Hazırda oxunan: "Bakı Fond Birjası"nın dövriyyəsi 11% artdı
62719
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu il yanvar-fevral aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 3 180,546 milyon manat təşkil edib. 

Bizim.Media BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,5 % çoxdur. 

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 3,7% azalaraq 1 807 olub. 

BFB-nin dövriyyəsinin 51%-i, yaxud 1 622,241 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 26,1 % azdır. 
Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 2,1 dəfə artaraq 144,157 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 2,4 dəfə artaraq 1 414,149 milyon manat olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO