Yasamalda evdə PARTLAYIŞ - 16 yaşlı yeniyetmə həyatını itirib, 3 nəfər yaralanıb

Yasamalda evdə PARTLAYIŞ - 16 yaşlı yeniyetmə həyatını itirib, 3 nəfər yaralanıb

Hazırda oxunan: Yasamalda evdə PARTLAYIŞ - 16 yaşlı yeniyetmə həyatını itirib, 3 nəfər yaralanıb
623199
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
 
Bu barədə Bizim.Media-ya FHN-dən məlumat verilib.
 
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
 
Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsində yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub.
 
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
 
Yanğın nəticəsində ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 250 kv.m. olan evin birinci mərtəbəsində yerləşən iki otağın yanar konstruksiyaları 50 kv.m. sahədə yanıb.
 
Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, xilasedicilər tərəfindən 2010-cu il təvəllüdlü vətəndaşın meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO