Sifarişçi icazə ləğvindən sonra obyektin istismarı üçün yenidən müraciət edə bilər

Sifarişçi icazə ləğvindən sonra obyektin istismarı üçün yenidən müraciət edə bilər

Hazırda oxunan: Sifarişçi icazə ləğvindən sonra obyektin istismarı üçün yenidən müraciət edə bilər
61914
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.   

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı çıxış edən millət vəkili Qüdrət Həsənquliyev dəyişikliyin 102-ci maddə ilə bağlı olduğunu qeyd edib. Qanun 2-ci oxunuşda qəbul olunub.   

Qeyd edək ki, həmin qanun layihəsində aşağıdakı məsələ öz əksini tapıb:

"Bu Məcəllənin 102.4-2-ci maddəsində göstərilən əsasla icazə  ləğv edildikdən sonra sifarişçi tikinti obyektinin istismarına icazə verilməsi üçün təkrar müraciət edə bilər. Təkrar müraciətə yalnız dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd əlavə edilir.
Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum müraciət daxil olduğu gündən 2 iş günündən gec olmayaraq tikinti obyektinin istismarına icazəni sifarişçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.”  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO