Azərbaycan yanacağını Ermənistana çatdıran ilk qatarın görüntüləri - VİDEO

Azərbaycan yanacağını Ermənistana çatdıran ilk qatarın görüntüləri - VİDEO

Hazırda oxunan: Azərbaycan yanacağını Ermənistana çatdıran ilk qatarın görüntüləri - VİDEO
586570
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan neft məhsulunu Ermənistana çatdıran ilk qatarın videogörüntüləri yayılıb.

Bizim.Media xəbər verir ki, dekabrın 19-da gecə saat 01:00 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) yük qatarı ilə Böyük Kəsik stansiyasına gətirilən 22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı 4 saat sonra Gürcüstana yola salınıb.

Daha sonra yük Gürcüstan vasitəsilə Ermənistana çatdırılıb.

Qeyd edək ki, bu barədə razılaşma noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ilə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə olunub.

Xatırladaq ki, bu ilin noyabr ayında Qazaxıstan və Rusiya taxılı Azərbaycan üzərindən
Ermənistana daşınıb. (Mənbə: report.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO