Tovuzda REYD: piyada və sürücülərə protokol tərtib olundu - FOTO 

Hazırda oxunan: Tovuzda REYD: piyada və sürücülərə protokol tərtib olundu - FOTO 

54494

Tovuzda piyadaların təhlükəsizliyi ilə bağlı tədbir keçirilib . 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, yol hərəkətinin təhlükəsizliyinin təmini məqsədi ilə Tovuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən bu  istiqamətdə piyadaların daha sıx istifadə etdiyi yollarda, təhsil, tibb və digər müəssisələrin qarşısında təşkil olunan reydlər zamanı mövcud piyada keçidlərindən istifadə etməyən piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb. 

Həyat və sağlamlıqlarının qorunması üçün qaydalara riayət etmələrinin vacibliyi izah edilib.

Edilən xəbərdarlıqlara rəğmən piyada keçidlərindən istifadə etməməklə özlərinin həyatı ilə bərabər digər hərəkət iştirakçıları üçün real təhlükə yaradan piyadalar və piyadalara yol verməyən sürücülər barəsində ümumilikdə 20-yə protokol tərtib olunub. 

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO