Qardaşların evlərdən oğurluq etdiyi an kameralara düşdü – ANBAAN VİDEO

Qardaşların evlərdən oğurluq etdiyi an kameralara düşdü – ANBAAN VİDEO

Hazırda oxunan: Qardaşların evlərdən oğurluq etdiyi an kameralara düşdü – ANBAAN VİDEO

51001

Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində rayon ərazisində 4 mənzildən qızıl-zinət əşyaları və pul oğurlayan şəxslər saxlanılıblar. 

Bizim.Media xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

Əməliyyat nəticəsində Göygöl rayon sakinləri Şahin Dursunov və qardaşı Sərvin saxlanılaraq istintaqa təqdim ediliblər.

Onlar zərərçəkənlərə ümumilikdə 10 min manata yaxın maddi ziyan vurublar. Hər iki şəxsin oğurluğa getməsi müşahidə kameraları vasitəsi ilə də anbaan görüntülənib. Saxlanılan şəxslər ifadələrində oğurluq etdiklərini etiraf ediblər. 
 

Qeyd edək ki, Şahin Dursunov saxlanılan zaman ondan əlavə olaraq narkotik maddə olan heroin də aşkar edilib.


Faktlarla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Onların paytaxt ərazisində analoji cinayətlər etdikləri istisna olunmur.

Şahin və Sərvin Dursunovların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Xətai Rayon Polis İdarəsinə, ərazi üzrə polis orqanlarına, həmçinin "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi hesablarına məlumat verə bilərlər.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO