Mərkəzi Bankdan manatın məzənnəsi ilə bağlı AÇIQLAMA 

Mərkəzi Bankdan manatın məzənnəsi ilə bağlı AÇIQLAMA 

Hazırda oxunan: Mərkəzi Bankdan manatın məzənnəsi ilə bağlı AÇIQLAMA 
49851
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan manatının məzənnəsi artıq sabitdir”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Mərkəzi Bankın sədr müavini Alim Quliyev "Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı" mövzusunda keçirilən 5-ci Beynəlxalq Bank Forumundan sonra jurnalistin “Azərbaycan manatının məzənnəsi ilə bağlı hər hansı risklər varmı?” sualını cavablandırarkən səsləndirib.

Onun sözlərinə görə, bu ilin sonunadək makroiqtisadi sabitlik, xüsusilə, manatın məzənnəsinin sabitliyi qorunacaq.

Alim Quliyev nağdsız ödənişlərdən də söz açıb: "2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda nağdsız ödənişlər 8 faizdən çox artıb.

Mərkəzi Bankın sədr müavini hesab edir ki, rəqəmsal texnologiyaların dinamik inkişafı pandemiya dövründə öz səmərəliliyini göstərib:

"Bu müddət ərzində internet bankçılıq 23 faiz, mobil bankçılıq isə 30 faiz artıb".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO