ADNSU-nun 10 magistr tələbəsinə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən təqaüd veriləcək – FOTO

ADNSU-nun 10 magistr tələbəsinə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən təqaüd veriləcək – FOTO

Hazırda oxunan: ADNSU-nun 10 magistr tələbəsinə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən təqaüd veriləcək – FOTO
268519
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov qonaqları salamlayaraq ADNSU ilə əməkdaşlıqdan məmnun olduğunu və bu əməkdaşlığın uğurlu nəticələr verəcəyinə əminliyini bildirib. 

ADNSU-nun 10 magistr tələbəsinə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən təqaüd veriləcək – FOTO - foto 3

Suya tələbatın artması, su resurslarının azalması fonunda yeni ixtisaslı kadrların yetişdirilməsinin, yeni yanaşmaların tətbiq olunmasının əhəmiyyətindən söz açan sədr Zaur Mikayılov ADNSU-da bu sahədə ilk dəfə olaraq ali təhsil alan tələbələr üçün Təhsil Təqaüd proqramı vasitəsilə Agentliyin gənclərə və ali təhsilə dəstək olmağı hədəflədiyini bildirib. 

ADNSU-nun rektoru, dosent Rüfət Əzizov çıxışında sənaye ilə əməkdaşlığın yalnız tədris prosesinə deyil, elmi-tədqiqat fəaliyyətlərinə də müsbət təsir göstərdiyini vurğulayıb. 

ADNSU-nun 10 magistr tələbəsinə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən təqaüd veriləcək – FOTO - foto 4

O, universitetin əsas məqsədlərindən birinin ölkə üçün prioritet sahələrdə ixtisaslı kadrların hazırlanmasına töhfə vermək olduğunu qeyd edib. Təqaüd proqramına seçilən tələbələri təbrik edən rektor, əməkdaşlığın yalnız təhsil sahəsində deyil, eyni zamanda elmi və innovativ təşəbbüslərin reallaşdırılmasında da önəmli rol oynadığını bildirib. R.Əzizov sənayedə çalışan peşəkarların tədris prosesinə cəlb edilməsinin və su ehtiyatları mövzusunda konfransların keçirilməsinin tələbələrin peşəkar inkişafına əhəmiyyətli töhfə verəcəyinə əminliyini ifadə edib.

Görüşdə həmçinin birgə elmi tədqqiat işlərinin və təhsil proqramlarının həyata keçirilməsinin müasir texnologiyaların tətbiqi və bu istiqamətdə kadr hazırlığı kimi məsələlər də gündəmə gətirilib. 

ADNSU-nun 10 magistr tələbəsinə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən təqaüd veriləcək – FOTO - foto 5

Agentlik tərəfindən Təqaüd qazanan tələbələr göstərilən diqqətə görə universitet rəhbərliyinə və agentliyə təşəkkürlərini bildiriblər. 

Qeyd edək ki ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin bu il ilk dəfə qəbul aparılan (UFAZ) “Su ehtiyatlarının idarə olunması və mühafizəsi ” üzrə magistr səviyyəsinə qəbul olan10 nəfər tələbəsinə Agentlik tərəfindən təqaüd veriləcək.

ADNSU-nun 10 magistr tələbəsinə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən təqaüd veriləcək – FOTO - foto 1
ADNSU-nun 10 magistr tələbəsinə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən təqaüd veriləcək – FOTO - foto 2

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO