Putindən əvvəl Trampın limuzininə yalnız bu iki lider minib

Putindən əvvəl Trampın limuzininə yalnız bu iki lider minib

Hazırda oxunan: Putindən əvvəl Trampın limuzininə yalnız bu iki lider minib
265653
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya prezidenti Vladimir Putinə qədər ən azı iki xarici siyasətçi Trampın zirehli “Cadillac One” limuzininə minmək imkanı əldə edib.

Bizim.Media xəbər verir ki, bu barədə “The Hill” məlumat yayıb.

Qeyd olunur ki, 2017-ci ildə Donald Trampın ilk prezidentliyi dövründə Emmanuel Makron bu avtomobilə minib. Həmin il ABŞ prezidentini Yaponiyanın keçmiş baş naziri Şinzo Abe müşayiət edirdi.

Bundan əlavə, agentlik qeyd edib ki, Ağ Evin saytının arxivləşdirilmiş versiyasında 2010-cu ilin iyununda yerləşdirilən fotoşəkil də diqqət çəkir. Həmin vaxt Rusiya prezidenti postunu tutmuş Dmitri Medvedev ABŞ prezidentinin limuzinində keçmiş Ağ Ev rəhbəri Barak Obamanın yanında əyləşib.

Xatırladaq ki, avqustun 15-də Alyaskanın Ankoric şəhərində Rusiya və ABŞ prezidentləri arasında danışıqlar baş tutub. Vladimir Putin ABŞ rəhbərinin limuzininə əyləşərək şəxsi avtomobili ilə xaricə səyahət ənənəsini pozub. (Publika.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO