Ukrayna bu il Qərbdən nə qədər maliyyə yardımı alıb?

Ukrayna bu il Qərbdən nə qədər maliyyə yardımı alıb?

Hazırda oxunan: Ukrayna bu il Qərbdən nə qədər maliyyə yardımı alıb?
171556
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kiyev 2023-cü ildə Qərb tərəfdaşlarından 42,5 milyard dollar alıb, bu məbləğin yalnız dörddə biri qrant şəklində verilib.

Bizim.Media  xəbər verir ki, bu barədə Ukraynanın maliyyə naziri Sergey Marçenko məlumat verib.

“2023-cü ildə beynəlxalq tərəfdaşlarla 300-dən çox işçi görüşü keçirildi. Biz Ukraynanın büdcə ehtiyacları üçün 42,5 milyard dollar topladıq, bunun 25 faizi qrant dəstəyi olub", - nazir öz feysbuk səhifəsində yazıb.
O əlavə edib ki, 2023-cü ildə Ukraynanın beynəlxalq maliyyə institutları ilə kredit layihələrinin portfellərinin həcmi bütün əməkdaşlıq illərində ən böyük olub. Həmçinin qeyd edib ki, daxili bazarda borclanma ötən illə müqayisədə iki dəfə artaraq 15,5 milyard dollar təşkil edib.

Bundan əvvəl Ali Radanın Maliyyə Komitəsinin rəhbəri Daniil Getmantsev qeyd edib ki, noyabrın sonunda Ukraynanın dövlət borcu 140 milyard dolları keçib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO