
- A-
- A
- A+
Sərvəti 100 milyard dolları ötən qadın kimdir?
L'Oreal-ın varisi Fransua Bettencourt Meyers 100 milyard dollardan çox sərvətə sahib olan ilk qadın olub.
Bizim.Media xəbər verir ki, bu barədə Bloomberg nəşri yazıb.
Mənbə qeyd edir ki, L'Oreal-ın səhmləri rekord həddə çatıb. İstehlakçılar pandemiyadan bəri dəbdəbəli məhsullara pul xərclədiyi üçün səhmlər bu il 35% artıb.
2022-ci ildə Bettencourt Meyers və ailəsi şirkətin səhmlərinin 34%-dən çoxuna sahib idi. Lancome-dan Maybelline-a qədər geniş marka portfelinə sahib olan dünyanın ən böyük kosmetika şirkəti 2022-ci ildə 38 milyard avrodan (42 milyard dollar) çox gəlir əldə edib.
Bu ilin əvvəlində L'Oreal Avstraliya markası Aesop-u 2,5 milyard dollara satın alıb. Bu da Fransız gözəllik nəhənginin indiyə qədər etdiyi ən böyük marka alışı olub.
Xatırladaq ki, Fransua Bettencourt Meyers Lilianne Bettencourtun qızı və varisidir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































