Türkiyə ilə ticarət dövriyyəmiz bu 7,2 milyard dollar olub - Nazir

Türkiyə ilə ticarət dövriyyəmiz bu 7,2 milyard dollar olub - Nazir

Hazırda oxunan: Türkiyə ilə ticarət dövriyyəmiz bu 7,2 milyard dollar olub - Nazir

170043

Azərbaycan və Türkiyənin iqtisadi sahədə olan əməkdaşlığı ikitərəfli münasibətlə məhdudlaşmır, regional inkişafa və təhlükəsizliyə töhfə verən meqa layihələri də həyata keçiririk.

Bizim.Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov dekabrın 21-də Bakıda keçirilən Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.

Onun sözlərinə görə, iki ölkə arasında olan münasibətlərin sıxlığı özünü rəqəmlərdə də əks etdirir.
“Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Bu ilin 11 ayında ölkələrimiz arasında ticarət dövriyyəsi 7,2 milyard dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz çoxdur. İxrac 52 faizdən çox artaraq 5,1 milyard dollar təşkil edib”, - deyə nazir əlavə edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO