Evtanaziya daha bir ölkədə leqallaşır

Hazırda oxunan: Evtanaziya daha bir ölkədə leqallaşır

1606

Yeni Zelandiyada evtanaziyanın leqallaşdırılmasına səs verilib.

Bizim.Media BBC-yə istinadən xəbər verir ki, 17 oktyabrda Yeni Zelandiyada keçirilən ümumi referendumun qeyri-rəsmi nəticələrinə görə, xalq səs  çoxluğu ilə evtanaziyanın qanuniləşməsini dəstəkləyib.

İlkin nəticələrə görə səs verənlərin yüzdə 65 faizi sağalmaz xəstələrin ömrünün qanuni olaraq sona çatdırılmasına "hə" deyib.

Referendumun son nəticələri noyabrın 6-da açıqlanacaq. "Həyat sonlandırılması seçimi" qanunu parlamentdə qəbul olunarsa, 2021-ci ilin noyabrında qüvvəyə minəcək.

Bu prosesin həyata keçirilməsinə isə 6 aydan az ömrü qalanlar üçün ən azı iki həkimin razılığı ilə  icazə veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO