Rusiya Ukraynanın daha bir vilayətini “Shahed”lə VURDU: Ölənlər var – FOTO  

Hazırda oxunan: Rusiya Ukraynanın daha bir vilayətini “Shahed”lə VURDU: Ölənlər var – FOTO  

145005

İyulun 7-sinə keçən gecə Rusiya ordusu İran istehsalı olan “Shahed” kamikadze dronları ilə Ukraynanın Dnepropetrovsk vilayətinə hücum edib. 

Bizim.Media xəbər verir ki, bu barədə vilayətin hərbi administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib. 

Məlumata görə, 6 "Shahed" Vostok Hava Komandanlığının qırıcılarının hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Dronlardan birinin qalıqları magistral yolda hərəkət edən avtomobilin üzərinə düşüb. Nəticədə iki nəfər həyatını itirib. 
Bundan əlavə, PUA-lardan biri Krivoy Roq rayonunda özəl müəssisəyə düşüb. 

Xatırladaq ki, iyulun 7-sinə keçən gecə Rusiyanın Lvova raket hücumu nəticəsində 10 nəfər ölüb, 42 nəfər yaralanıb. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO