NATO rəsmi Moskvaya meydan oxudu - Rusiya ilə qarşıdurmaya hazırıq

Hazırda oxunan: NATO rəsmi Moskvaya meydan oxudu - Rusiya ilə qarşıdurmaya hazırıq

12023

“NATO Rusiya ilə həm qarşıdurmaya, həm də qarşılıqlı fəaliyyətə hazırdır. Hər şey Moskvanın mövqeyindən asılıdır”.

Bizim.Media-nın məlumatına görə, bunu NATO Baş katibi Yens Stoltenberq “El Mundo”ya müsahibəsində deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Baş katibdən NATO ölkələrinə çağırış: “Öhdəliyi yerinə yetirin!”


O bildirib ki, Rusiyaya aydın siqnal göndərilməlidir:

“Onlar toqquşma istəsələr, biz buna hazırıq. Əgər əməkdaşlıq etmək istəsələr, biz buna şad olacağıq.

NATO öz üzvlərini qorumağa hazırdır. Rusiya ilə dialoq gücə, möhkəmliyə söykənməlidir. Rusiya ilə də danışmalıyıq. Ehtiyatlı davranmaq və dialoq arasında heç bir ziddiyyət yoxdur.

Moskva ilə münasibətlərimizin daha yaxşı ola biləcəyinə inanmasaq belə, dialoqa davam etməliyik, çünki vacib əlaqələri və münasibətləri davam etdirmək lazımdır”, - deyə Y. Stoltenberq vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO