Bakıda uşaqları iflic edən dəftərlər satılır

Bakıda uşaqları iflic edən dəftərlər satılır

Hazırda oxunan: Bakıda uşaqları iflic edən dəftərlər satılır

33364

“Paytaxtın məktəb bazarında uşaqların sağlamlığı üçün ciddi təhlükə törədəcək dərs ləvazimatları satılır”.

 

Moderator.az xəbər verir ki ,bunu virtualaz.org saytına açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

 

E.Hüseynov bildirib ki, məktəb bazarında apardıqları monitorinq zamanı acınacaqlı vəziyyətlə rastlaşıblar: “Bakı bazarlarında kimyəvi tullantılardan hazırlanmış dərs ləvazimatları satılır. Əsasən Çindən gətirilən əşyaların keyfiyyəti çox aşağıdır. Məsələn, dəftərlərə o qədər boya vurulub ki, adamın əlləri qara olur”.

 

Mütəxəssis qeyd edir ki, təhlükəli kimyəvi tullantılardan hazırlanan məktəb ləvazimatları, əsasən də dəftərlər, karandaşlar, boyalar, qələmlər uşaqlarda iflic, nitqin itməsi, hərəkət-dayaq sisteminin pozulması kimi təhlükəli xəstəliklərə səbəb ola bilər: “Uşağın orqanizmində toplanan ağır metallar ciddi xəstəliklər yarada bilər. Buna görə də valideynlər ehtiyatlı olmalıdır. Mal alan zaman sertifikat tələb etmək lazımdır. Keyfiyyətsiz mallar yalnız zərər gətirə bilər”.

 

E.Hüseynov Çindən gətirilən məktəbli formalarının da sağlamlıq üçün təhlükəli olduğunu söyləyib: “Bu geyimlər də kimyəvi tullantılardan hazırlanıb. Buna görə də adi üsulla - parçadan nümunə yandırmaqla keyfiyyəti yoxlamışıq. Yanan zaman xüsusi iy verən parça əriyib rezinə çevrilir. Belə geyimlər uşaqlarda dəri xəstəlikləri, hətta dəri xərçəngi yarada bilər”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO