"TikTok" krallığa milyonluq cəriməni ödəməyə RAZILAŞDI

"TikTok" krallığa milyonluq cəriməni ödəməyə RAZILAŞDI

Hazırda oxunan: "TikTok" krallığa milyonluq cəriməni ödəməyə RAZILAŞDI

638583

"TikTok" şirkəti 2023-cü ildə Böyük Britaniyanın İnformasiya Komissarı Ofisi (ICO) tərəfindən kəsilmiş 12,7 milyon funt-sterlinq (16,8 milyon dollar) məbləğindəki cərimə ilə bağlı verdiyi apellyasiya şikayətini geri götürüb.

Bizim.Media xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Bildirilib ki, şikayətin geri götürülməsi qərarı cərimənin ödənilməsi barədə sərəncamın qəti olaraq qüvvəyə minməsi deməkdir.
 

Böyük Britaniyanın İnformasiya Komissarı Ofisindən (ICO) bildirilib ki, "TikTok" cərimədən şikayət etmişdi, lakin indi apellyasiyanı geri götürüb, bu isə cərimə qərarının qəti olaraq qüvvəyə minməsi deməkdir.


Sanksiyanın tətbiq edilməsinə səbəb 13 yaşından kiçik uşaqların fərdi məlumatlarının işlənməsi qaydalarının pozulması olub. ICO-nun məlumatına görə, 2020-ci ildə xidmətin qaydalarında qeydiyyatdan keçməyə icazə verilməməsinə baxmayaraq, həmin yaşda olan təxminən 1,75 milyon britaniyalı uşaq "TikTok"dan istifadə edib.

Böyük Britaniya qanunvericiliyi şirkətlərdən 13 yaşından kiçik uşaqlara onlayn xidmətlər göstərərkən onların valideynlərinin və ya qəyyumlarının məlumatların işlənməsinə dair razılığını almağı tələb edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO