50 yaşlı qadını öldürüb meşəyə atdı – Təyyarə qəzasında ölən bacı-qardaşın ögey qardaşından DƏHŞƏTLİ QƏTL – ÖZƏL - VİDEO

50 yaşlı qadını öldürüb meşəyə atdı – Təyyarə qəzasında ölən bacı-qardaşın ögey qardaşından DƏHŞƏTLİ QƏTL – ÖZƏL - VİDEO

Hazırda oxunan: 50 yaşlı qadını öldürüb meşəyə atdı – Təyyarə qəzasında ölən bacı-qardaşın ögey qardaşından DƏHŞƏTLİ QƏTL – ÖZƏL - VİDEO
638488
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sentyabrın 23-də saat 15 radələrində Əvəcuğ- Xürəl kəndinin meşəlik ərazisində qadın meyiti aşkarlanıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, aparılan araşdırmalar zamanı meyitin Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Səadət Ferma qızı Həsənovaya məxsus olduğu müəyyən edilib.

Onun bədənində bıçaqla yetirilmiş kəsilmiş-deşilmiş xəsarətlər aşkarlanıb.

 

İstintaqla müəyyən edilib ki, hadisə sentyabrın 21-də Bakı şəhərinin Xətai rayonunda baş verib. Əvəcuğ kənd sakini, 1999-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş Kamran Xəzər oğlu Seyidov tanışı S.Həsənovanı bıçaqla öldürüb.

 

Daha sonra K.Seyidov qadının meyitini idarə etdiyi “Mercedes” markalı, 77-NY-316 dövlət qeydiyyat nişanlı avtomobillə kəndin meşəlik ərazisinə aparıb.

Kamran Seyidov saxlanılıb.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Məlumat üçün bildirək ki, qadını qətlə yetirməkdə şübhəli bilinən Kamran Seyidov 2024-cü ilin dekabrında baş verən təyyarə qəzasında həyatını itirən qusarlı bacı-qardaş -19 yaşlı Xədicə və 22 yaşlı Əli Əlimirzəyevin ögey qardaşıdır. Kamran Seyidov təyyarə qəzasında həlak olan yaxınlarına görə özünü birinci dərəcəli varis hesab edərək kompensasiyanın ona verilməsini tələb edirdi.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO