Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə bu günə qədər 47 yaşayış məntəqəsinə, yəni 10 şəhər, 3 qəsəbə və 34 kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Azad edilmiş ərazilərdə hazırda 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır.
Bizim.Media xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, 2027-ci il dövlət və icmal büdcə layihələri və növbəti üç il üçün icmal büdcənin göstəriciləri, sosial-iqtisadi inkişaf proqnozlarının müzakirəsi zamanı deyib.
Baş nazir qeyd edib ki, ümumilikdə, 2020-ci ildən bəri 2026-cı il də daxil olmaqla işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 25 milyard manatdan çox vəsait ayrılıb. Bu məqsədə 2027-ci ildə isə 3,4 milyard manat vəsait nəzərdə tutulur.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:23 / 24.09.2026
Azad edilmiş ərazilərdə yaşayan əhalinin sayı AÇIQLANDI
Hazırda oxunan: Azad edilmiş ərazilərdə yaşayan əhalinin sayı AÇIQLANDI
Hazırda oxunan: Azad edilmiş ərazilərdə yaşayan əhalinin sayı AÇIQLANDI
638538
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































