Formula 1 günlərində polis gücləndirilmiş rejimdə xidmət aparır.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirlib.
Məlumata görə, "Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar olaraq məhdudiyyətin tətbiq olunduğu müddət ərzində paytaxt ərazisində sürücü və piyadaların mənzil başına təhlükəsiz çatmalarını, nəqliyyatın hərəkətinin fasiləsizliyini, eləcə də yarışın keçirildiyi ərazidə, “fan” zonalarda təhlükəsizliyi təmin etmək məqsədilə polis əməkdaşları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər.
"Sürücülərdən və paytaxt sakinlərindən qeyd edilən müddət ərzində ictimai nəqliyyata üstünlük vermələrini, polis əməkdaşlarının nizamlayıcı qismində verdikləri işarələrə düzgün əməl etmələrini, səyahətlərini məhdudiyyət tətbiq edilmiş küçə və prospektlərə alternativ yollardan keçməklə planlaşdırmalarını tövsiyə edirik", DİN-in məlumatında deyilir.





Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:40 / 24.09.2026
Polis "Formula 1"lə əlaqədar gücləndirilmiş iş rejiminə keçib - FOTO/VİDEO
Hazırda oxunan: Polis "Formula 1"lə əlaqədar gücləndirilmiş iş rejiminə keçib - FOTO/VİDEO
Hazırda oxunan: Polis "Formula 1"lə əlaqədar gücləndirilmiş iş rejiminə keçib - FOTO/VİDEO
638548
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































