Bakıda və rayonlarda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda və rayonlarda külək güclənəcək – XƏBƏRDARLIQ

Hazırda oxunan: Bakıda və rayonlarda külək güclənəcək – XƏBƏRDARLIQ

638525

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, sentyabrın 25-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Bakıda və Abşeron yarımadasında, Neftçala, Salyan, Hacıqabul, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Naxçıvan MR, Kəlbəcər, Laçın, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustan, Biləsuvar, Lənkəran, Masallı, Cəlilabad, Astara, Lerik, Yardımlı, Ağstafa, Qazax, Tovuz, Şəmkir, Gəncə, Samux, Göygöl, Gədəbəy, Saatlı, Sabirabad, İmişli, Şirvan, Yevlax, Tərtər, Ağdam, Bərdədə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO