Cümə axşamı 80-ə yaxın ölkə Hörmüz boğazının təcili açılmasını tələb edib və İranı, eləcə də onun müttəfiqi olan husiləri bölgədəki hücumlara, beynəlxalq ticarətin pozulmasına və enerji təhlükəsizliyinə təhdid yaratmasına görə qınayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” İnformasiya Agentliyi məlumat yayıb.
Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əz-Zəyani Birləşmiş Millətlər Təşkilatında birgə bəyanatı oxuyarkən bildirib:
“İranın Hörmüz boğazındakı hərəkətləri beynəlxalq təhlükəsizliyə, eləcə də gəmiçilik hüquq və azadlıqlarına təhdid yaratmaqda davam edir”.
Bəyanatda həmçinin deyilir:
“Biz husilərin Yəməndə münaqişəni yenidən başlatmaq qərarını, Səudiyyə Ərəbistanına davam edən hücumlarını və Qırmızı dənizdəki məsuliyyətsiz hücumlarını da qətiyyətlə pisləyirik”.
Sənədi dəstəkləyən ölkələr arasında Fars körfəzi ölkələri və aparıcı Qərb dövlətləri də var.
Bəyanatda həmçinin qeyd olunur ki, husilərin Bab əl-Məndəb boğazına doğru irəliləməsi beynəlxalq gəmiçilik, dəniz təhlükəsizliyi və dünya ticarəti üçün riskləri daha da artıracaq.
Bizim.Media

- A-
- A
- A+
Dünya
21:56 / 24.09.2026
80-ə yaxın ölkədən Hörmüz boğazı ilə bağlı TƏLƏB: Təcili açılsın!
Hazırda oxunan: 80-ə yaxın ölkədən Hörmüz boğazı ilə bağlı TƏLƏB: Təcili açılsın!
Hazırda oxunan: 80-ə yaxın ölkədən Hörmüz boğazı ilə bağlı TƏLƏB: Təcili açılsın!
638585
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































