Zakir İbrahimov: "10 il ərzində 2 yeni qızıl yatağı kəşf edilib”

Zakir İbrahimov: "10 il ərzində 2 yeni qızıl yatağı kəşf edilib”

Hazırda oxunan: Zakir İbrahimov: "10 il ərzində 2 yeni qızıl yatağı kəşf edilib”
638531
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

10 il ərzində 2 yeni qızıl yatağının kəşf edilməsi, 4 qızıl mədəninin və 1 regional sənaye kompleksinin istifadəyə verilməsi, eləcə də yeni fəaliyyət istiqamətlərinin formalaşdırılması ilə "AzerGold" QSC hasilat, istehsal və gəlir imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib.

Bizim.Media xəbər verir ki, bunu "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, şirkətin bu dövr ərzində həyata keçirdiyi fəaliyyət nəticəsində cari ilin avqust ayınadək ölkə iqtisadiyyatına 2,3 milyard manat gəlir, dövlət büdcəsinə isə 267,2 milyon manat vergi ödənişi təmin edilib:

"Bu göstəricilər ölkənin qeyri-neft sənayesinin inkişafına, ixrac potensialının artırılmasına və dövlət gəlirlərinin formalaşmasına verilən töhfəni əks etdirir".

Z. İbrahimov bildirib ki, bu illər ərzində əldə edilən nəticələr əsasında dövlətin bu sahəyə diqqəti və xüsusi qayğısı nəticəsində Dövlət Proqramının icrası və Azərbaycanda müasir dağ-mədən sənayesinin genişləndirilməsi üçün artıq müəyyən edilmiş baza və institusional təcrübə mövcuddur. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO