Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girdi – VİDEO

Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girdi – VİDEO

Hazırda oxunan: Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girdi – VİDEO
637820
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kəlbəcərdə vəhşi təbiətlə insanların gündəlik həyatı arasında maraqlı qarşılaşma yaşanıb.

Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə iri bir ayının avtomobillərin hərəkət etdiyi tunelə daxil olduğu görünür.

Kadrlarda ayının tunelin içərisində bir müddət çaşqın vəziyyətdə qaldığı, qarşısından və arxasından avtomobillərin hərəkət etməsi səbəbindən hara gedəcəyini müəyyənləşdirə bilmədiyi müşahidə olunur.

Vəhşi heyvanın qorxu və narahatlıq içində tunelin divarlarına yaxınlaşaraq çıxış yolu axtarması görüntülərə xüsusi maraq qatıb.

Məlumata görə, ayının daxil olduğu tunelin Kəlbəcərdən Laçın istiqamətində çəkilən avtomobil yolunun üzərində yerləşən və uzunluğu təxminən 2 kilometr olan tunel olduğu bildirilir.
 

Kəlbəcərin dağlıq relyefi və zəngin meşəlik əraziləri burada ayı, canavar, cüyür və digər vəhşi heyvanların yaşayışına əlverişli şərait yaradır. Son dövrlərdə bölgədə Böyük Qayıdış prosesinin sürətlənməsi, yeni yolların və yaşayış məntəqələrinin salınması ilə insanlarla vəhşi heyvanların qarşılaşması hallarına da daha çox rast gəlinir.


Mütəxəssislərin fikrincə, belə hallarda heyvana yaxınlaşmaq, onu qovmaq və ya qorxutmaq təhlükəli ola bilər. Ən doğru yanaşma heyvanın təhlükəsiz şəkildə ərazidən uzaqlaşmasına şərait yaratmaqdır.

Sosial şəbəkələrdə yayılan görüntülər isə Kəlbəcərin bənzərsiz təbiətinin daha bir maraqlı tərəfini ortaya qoyub: şəhərlə təbiətin iç-içə olduğu bu dağlıq ərazidə bəzən yolun sahibi bir neçə dəqiqəlik vəhşi təbiətin nümayəndəsi ola bilir. (Musavat.com)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO