İsraildə bir neçə saat ərzində ikinci avtomobil partladı - VİDEO

İsraildə bir neçə saat ərzində ikinci avtomobil partladı - VİDEO

Hazırda oxunan: İsraildə bir neçə saat ərzində ikinci avtomobil partladı - VİDEO

622002

İsrailin Tel-Əviv dairəsinə daxil olan Xolon şəhərində güclü avtomobil partlayışı qeydə alınıb. Bu, Yaffo şəhərində baş verən analoji hadisədən sonra son bir neçə saat ərzində ölkədə qeydə alınan ikinci belə insidentdir.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı İsrailin "Mada" (Magen David Adom) təcili tibbi yardım xidməti yayıb.
 

Partlayış nəticəsində təxminən 30 yaşlarında olan bir kişi ağır bədən xəsarətləri alıb. Çoxsaylı travmalar alan yaralı operativ şəkildə xəstəxanaya çatdırılıb və vəziyyəti ağır olaraq qiymətləndirilir.


İlkin araşdırmalara və hüquq-mühafizə orqanlarının məlumatına əsasən, partlayışa avtomobilə quraşdırılmış partlayıcı qurğu səbəb olub.

Hadisə nəticəsində ətrafda olan daha bir neçə nəqliyyat vasitəsinə də ciddi ziyan dəyib.

Hazırda hadisə yerində polis və kəşfiyyat orqanları işləyir, partlayışın cinayət hesablaşması, yoxsa terror aktı olduğu araşdırılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO