Qusarda yeni şahmat məktəbi AÇILDI – FOTO/VİDEO

Qusarda yeni şahmat məktəbi AÇILDI – FOTO/VİDEO

Hazırda oxunan: Qusarda yeni şahmat məktəbi AÇILDI – FOTO/VİDEO
610609
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qusar şəhərində yeni şahmat məktəbi istifadəyə verilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, açılış mərasimi Qusar şəhərində yerləşən N.Nərimanov adına istirahət və mədəniyyət parkında baş tutub.

“İSFA Sporting” Şahmat Məktəbi “İSFA” şirkətinin təşəbbüsü və dəstəyi ilə əsaslı şəkildə yenidən qurularaq fəaliyyətə başlayıb.

Tədbiri giriş sözü ilə açan Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov şahmatın “zəka oyunu” kimi gənclər arasında təşviqində yeni məktəbin mühüm rol oynayacağına əminliyini ifadə edib. O, ümummilli lider Heydər Əliyevin Azərbaycanda şahmatın inkişafındakı xidmətlərini xüsusi vurğulayıb və bu sahənin məhz onun uzaqgörən siyasəti nəticəsində geniş yayıldığını qeyd edib.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov çıxışında ölkədə idmana, o cümlədən şahmata göstərilən dövlət qayğısından danışıb. O bildirib ki, Prezident İlham Əliyevin diqqət və dəstəyi nəticəsində Azərbaycan dünyada şahmat ölkəsi kimi tanınır.
 

Federasiyanın vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənov isə Qusarın zəngin şahmat ənənələrindən bəhs edib.


“İSFA” şirkətinin direktoru Samir Xeyirbəyov Bizim.Media-ya açıqlamasında bildirib ki, Qusarda şahmat məktəbi 2025-ci ildə fəaliyyətini dayandırmışdı. İcra hakimiyyətinin təşəbbüsü ilə bina şirkətə verilib və yenidənqurma işləri aparılaraq məktəb bərpa edilib.

Sonda mərasim konsert proqramı ilə davam edib.



Qusarda yeni şahmat məktəbi AÇILDI – FOTO/VİDEO - foto 1
Qusarda yeni şahmat məktəbi AÇILDI – FOTO/VİDEO - foto 2
Qusarda yeni şahmat məktəbi AÇILDI – FOTO/VİDEO - foto 3
Qusarda yeni şahmat məktəbi AÇILDI – FOTO/VİDEO - foto 4
Qusarda yeni şahmat məktəbi AÇILDI – FOTO/VİDEO - foto 5
Qusarda yeni şahmat məktəbi AÇILDI – FOTO/VİDEO - foto 6
Qusarda yeni şahmat məktəbi AÇILDI – FOTO/VİDEO - foto 7
Qusarda yeni şahmat məktəbi AÇILDI – FOTO/VİDEO - foto 8
Qusarda yeni şahmat məktəbi AÇILDI – FOTO/VİDEO - foto 9
Qusarda yeni şahmat məktəbi AÇILDI – FOTO/VİDEO - foto 10
Qusarda yeni şahmat məktəbi AÇILDI – FOTO/VİDEO - foto 11
Qusarda yeni şahmat məktəbi AÇILDI – FOTO/VİDEO - foto 12
Qusarda yeni şahmat məktəbi AÇILDI – FOTO/VİDEO - foto 13
Qusarda yeni şahmat məktəbi AÇILDI – FOTO/VİDEO - foto 14
Qusarda yeni şahmat məktəbi AÇILDI – FOTO/VİDEO - foto 15
Qusarda yeni şahmat məktəbi AÇILDI – FOTO/VİDEO - foto 16

Aytəkin Alxaslı, Vüqar Ağayev, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO