Qubada hərəkətdə olan yük maşını alışdı - VİDEO

Qubada hərəkətdə olan yük maşını alışdı - VİDEO

Hazırda oxunan: Qubada hərəkətdə olan yük maşını alışdı - VİDEO
226557
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Quba rayon sakini Ramin Quliyevin idarə etdiyi yük avtomobilinin mühərrikində tüstülənmə qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Yol Patrul Xidməti (YPX) məlumat yayıb.
 

"Tüstünün getdikcə yanğına çevrildiyini görən sürücü avtomobili Dövlət Yol Polisinin yaxınlıqda yerləşən stasionar postuna sürərək kömək istəyib.


YPX Alayının 12-ci taqımının əməkdaşlarının çevik müdaxiləsi nəticəsində alov söndürülüb və avtomobilin yanaraq tamamilə sıradan çıxmasının qarşısı alınıb.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha nəqliyyat vasitələrinin sahiblərinə və sürücülərə müraciət edərək onları nəqliyyat vasitələrinin texniki sazlığını daim diqqət mərkəzində saxlamağa, YPX əməkdaşlarının ağır fəsadların baş verməməsi üçün təhlükə ilə üz-üzə qaldıqları sözügedən hadisədən düzgün nəticə çıxarmağa çağırır", deyə mənbə qeyd edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO