
- A-
- A
- A+
Multimedia
16:12 / 07.08.2024
1 dəq oxunma
Almaniyada turistlərin qaldığı otel çökdü: Ölənlər var – FOTO/VİDEO
Hazırda oxunan: Almaniyada turistlərin qaldığı otel çökdü: Ölənlər var – FOTO/VİDEO
205528
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Almaniyanın Mozel çayının yanındakı vadidə yerləşən otel çöküb.
Bizim.Media “Reuters”ə istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib.
İlkin məlumatlara əsasən iki nəfər ölüb. Beş nəfəri ciddi xəsarət almadan xilas etmək mümkün olub. Onların arasında iki yaşlı uşaq da yaralanmadan çıxarılıb.
Daha iki turistin isə hələ də dağıntıların altında qaldığı bildirilib. Yerli polis açıqlayıb ki, dağıntılar altında qalan şəxslərlə əlaqə qurmaq mümkün olub.
Yaxınlıqdakı sakinlərə otel binasının qalan hissələrinin də çökmə ehtimalının olduğunu bildirərək ərazini boşaltmaqları ilə bağlı xəbərdarlıq edilib.
Hadisənin səbəbləri hələki məlum deyil.
Faktla bağlı araşdırmalar aparılır.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































