Türk futbolçu dubl etdi - İbrahimoviçə çatdı - VİDEO

Hazırda oxunan: Türk futbolçu dubl etdi - İbrahimoviçə çatdı - VİDEO

20494

Fransa Liqa 1-də XXXVI turun açılış oyununda "Lans və "Lill" komandaları qarşılaşıb.

Bizim.Media xəbər verir ki, görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 3:0. İlk yarıda qolları "Lill"in türkiyəli hücumçusu Burak Yılmaz vurub.

Hesabı 4-cü dəqiqədə penaltidən açan 36 yaşlı hücumçu 40-cı dəqiqədə uzaqdan zərbə ilə baxımlı qola imza atıb. O, 75-ci dəqiqədə yerini komanda yoldaşı və həmyerlisi Yusuf Yazıcıya verib.

Bu qələbədən sonra "Lill" 36 oyundan 79 xalla liderliyini davam etdirir və ən yaxın izləyicisi PSJ-dən 4 xal irəlidədir. Paytaxt təmsilçisi bu tur "Renn"in qonağı olacaq. “Liqa 1” 20 komandanın iştirakı ilə keçirilir və ümumilikdə 38 turdan ibarətdir.

Burak Yılmazın isə aktivində 15 qol var. O, "böyük 5-lik" çempionatlarında 35 yaşdan yuxarılar arasında ən çox qol vuran ikinci futbolçudur.

Birinci yerdə İtaliya "Yuventus"undan Kriştiano Ronaldo 27 topla qərarlaşıb. "Milan"ın forvardı Zlatan İbrahimoviç 15 dəfə fərqlənib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO