Masallıdakı yanğın belə söndürüldü – ANBAAN VİDEO 

Masallıdakı yanğın belə söndürüldü – ANBAAN VİDEO 

Hazırda oxunan: Masallıdakı yanğın belə söndürüldü – ANBAAN VİDEO 

181690

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Masallı rayonunun Ərkivan qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının üçotaqlı fərdi yaşayış evinin bir otağında baş verdiyi və genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.

Hadisə nəticəsində ümumi sahəsi 146m² üçotaqlı fərdi yaşayış evinin bir otağının və dəhlizinin yanar konstruksiyaları 30m² sahədə, dam örtüyü 45m² sahədə yanıb.

Evin böyük hissəsi yanğından mühafizə olunub.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO