“Rəisi düşürürdüm” deyən AA nömrəli maşının sürücüsü cəzalandırıldı – VİDEO  

“Rəisi düşürürdüm” deyən AA nömrəli maşının sürücüsü cəzalandırıldı – VİDEO  

Hazırda oxunan: “Rəisi düşürürdüm” deyən AA nömrəli maşının sürücüsü cəzalandırıldı – VİDEO  
154644
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sosial şəbəkələrdə Bakıda AA seriyalı avtomobilin yol hərəkəti qaydalarını pozmasını əks etdirən görüntülər yayılıb. 

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, görüntülərdən avtomobilin sürücüsünün yolun əks hərəkət zolağına çıxaraq nəqliyyat vasitəsini dayandırması və digər hərəkət iştirakçılarının hərəkətinə maneə yaratması bəlli olur. 

"Mitsubishi" markalı 02-AA-205 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ona irad bildirən digər sürücüyə “Rəisi düşürürdüm, nə problem var ki?”, deyərək cavab verib. 
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib ki, artıq həmin sürücünün kimliyi müəyyən edilib:  

“Paytaxt ərazisində yol hərəkəti qayda pozuntusu törədən "Mitsubishi" markalı 02-AA-205 nömrə nişanlı avtomobilin sürücüsü P.Canayev İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib. Bir daha hər kəsi qaydalara riayət etməyə çağırırıq”. 

Qeyd edək ki, 327.2-ci maddəyə əsasən, sürücü 80 manat məbləğində cərimə edilir. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO