Məlahət Abbasova Atatürkün bacısı rolunda - FOTO

Məlahət Abbasova Atatürkün bacısı rolunda - FOTO

Hazırda oxunan: Məlahət Abbasova Atatürkün bacısı rolunda - FOTO

66799

Türkiyədə yaşayan həmyerlimiz, Əməkdar İncəsənət Xadimi Məlahət Abbasova böyük öndər Mustafa Kamal Atatürkün bacısı Makbule xanımın obrazını canlandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə aktrisa özü məlumat verib.

Məlahət Abbasova bildirib ki, Türkiyənin tanınmış sənətkarı Zülfi Livanelinin çəkdiyi “Veda” adlı filmdə Ulu öndər Mustafa Kamal Paşa Atatürkün bacısı Makbule obrazını ifa edib. 

Məlahət Abbasova bu obrazı ifa etmək üçün yüzlərlə aktrisanın arasından seçildiyini qürurla dilə gətirib. Aktrisa, filmin qrim üzrə rəssamlarının Hollivuddan dəvət edildiyini, məşhur aktrisa Nikol Kidman və “Harry Potter” filminin qrim ustaları olduğunu da vurğulayıb.
Məlahət Abbasova filmdən çəkilmiş fotonu paylaşaraq bu sözləri yazıb: “Rolda belə sənə yaxın olmaq, səni hiss etmək çox gözəl duyğu idi mənim üçün, ATAM!”

Ülviyyə Həsənqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO