Yazıçı Gəray Göyyurdun Zəfərə həsr olunan kitabları maraqla QARŞILANDI - FOTO

Yazıçı Gəray Göyyurdun Zəfərə həsr olunan kitabları maraqla QARŞILANDI - FOTO

Hazırda oxunan: Yazıçı Gəray Göyyurdun Zəfərə həsr olunan kitabları maraqla QARŞILANDI - FOTO

614753

Bu gün VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Bizim.Media-nın masasında yazıçı Gəray Göyyurd ilə oxucuların görüşü və kitab təqdimatı keçirildi.

Bizim.Media xəbər verir ki, ümumilikdə 13 kitab müəllifi olan G. Göyyurd Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
 

MÖVZU İLƏ BAĞLI:

Yazıçı Adilə Aslanova sözün fəlsəfəsi ilə oxucuların görüşünə gəldi - FOTO


Yazıçının əsərləri arasında Vətən müharibəsində əldə olunan qələbəyə həsr edilən kitablar xüsusi yer tutur. Müəllifin "Dövlətim var, Ordum var" kitabının Qələbədən cəmi 10 gün əvvəl nəşr olunduğu və həmin əsərdə Zəfərimizi təbrik etdiyi bildirilib.

Festival çərçivəsində G. Göyyurdun “Şuşa bəyannaməsi”, “Zəfər sənindir, sayın Ali Baş Komandan” adlı kitabları da təqdim olundu.

Qeyd edək ki, festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.


Xədicə Paşayeva, İntiqam İbrahimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO