"Komedixana"nın aktyoru borca düşdü, mağazası bağlandı

"Komedixana"nın aktyoru borca düşdü, mağazası bağlandı

Hazırda oxunan: "Komedixana"nın aktyoru borca düşdü, mağazası bağlandı
602488
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Komedixana” layihəsi ilə tanınan aktyor Mənsur Şərif ilə bağlı mağaza qalmaqalı gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, Yasamal rayonu, İnşaatçılar metrostansiyası yaxınlığında yerləşən “Sherif man” kişi geyimləri mağazası fəaliyyətini dayandırıb.

İddialara əsasən, mağazanın bağlanmasına səbəb icarəçi ilə yaranmış borc mübahisəsidir. Bildirilir ki, aktyorun adı hallanan obyekt üzrə 20 min manatdan artıq icarə borcu formalaşıb, eyni zamanda satışların zəif olması da maliyyə problemlərini dərinləşdirib.

Məlumatda qeyd olunur ki, borcun ödənilməsində çətinliklər yarandığı üçün mağaza bağlanıb.

Məsələ ilə bağlı açıqlama verən Mənsur Şərif isə deyilənləri qismən təkzib edib. O bildirib ki, sözügedən mağaza ona məxsus deyil: “Mağaza mənim deyil, dostumundur. Sadəcə reklam işlərini aparıram, qarşılıqlı dəstək göstəririk. Obyekt icarə idi, icarəçi ilə problem yarandı və qiyməti artırdı. Buna görə də məcbur olub obyekti təhvil verdik”.

Beləliklə, aktyor borc iddialarını birbaşa üzərinə götürməsə də, mağazanın bağlanmasını təsdiqləyib və səbəb kimi icarə şərtlərindəki dəyişiklikləri göstərib.(qaynarinfo.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO