Novruz Qartalın ölümü ilə bağlı nekroloq - Mədəniyyət Nazirliyi

Novruz Qartalın ölümü ilə bağlı nekroloq - Mədəniyyət Nazirliyi

Hazırda oxunan: Novruz Qartalın ölümü ilə bağlı nekroloq - Mədəniyyət Nazirliyi
54470
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mədəniyyət Nazirliyi Əməkdar artist Novruz Qartalın ölümü ilə bağlı nekroloq yayıb.

Bizim.Media-nın məlumatına görə, nekroloqda deyilir:

"Azərbaycan mədəniyyətinə itki üz verib. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, Əməkdar artist Novruz Yaqub oğlu Əliyev (Novruz Qartal) vəfat edib.

Sevilən aktyor 1947-ci il martın 21-də anadan olub.1966-cı ildə Azərbaycan Dövlət İncəsənət İnsitutunun "Musiqili komediya aktyoruğu” fakultəsini bitirib. Daha sonra Azərbaycan Dövlət Akademik Musiqili Teatrında fəaliyyətə başlayıb.

"Toy kimindir” səhnə əsərində Qoşun, "Durna”da Dursun, "Hicran”da Balaəmi, "Lənət şeytana”da İsrafil, "Özümüz bilərik”də İbişov, "Milyonçunun dilənçi oğlu”nda Xidmətçi, "Sevindik qız axtarır”da Tələbə, "Nənəmin şahlıq quşu”nda Qədim Qədimoviç və digər rolları ilə tamaşaçıların dərin rəğbətini qazanıb.

N. Əliyev bir müddət Xalq artisti Hacıbaba Bağırovun rəhbərlik etdiyi "Tənqid-Təbliğ” Teatrında çalışıb.

1996-cı ildə yaradıcılıq fəaliyyətini Musiqili Komediya Teatrda (Akademik Musiqili Teatrın keçmiş adı) yenidən davam etdirən Novruz Əliyev maraqlı obrazlar silsiləsi yaratmağa nail olub.

Novruz Əliyev Akademik Musiqili Teatrın yeni quruluşda hazırlanan "Beş manatlıq gəlin", "Hicran" tamaşalarında da rol alsa da, amansız xəstəlik səhnə əsərlərinin premyeralarında oynamağı ona nəsib etmədi.

Sevilən aktyorun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!"

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO