Moderator.az-ın ANS PRESS-ə istinadən verdiyi xəbərə görə, BDP üzvləri Diyarbəkir vilayəti Silvan rayonunun 3 kəndi arasında olan Silvan su anbarı, Babakaya tunelinin təhlükəsizliyi üçün nəzərdə tutulan qüllənin tikintisinə etiraz edib.
Bu çərçivədə aksiya keçirən qrup üzvləri əvvəl tikintinin olduğu yerə gedən yolu barrikadalarla bağlayıb və ərazidə tonqallar yandırıblar. Daha sonra tikintinin divarlarını uçuran terrorçu aksiyaçılar ərazidə PKK bayrağı və terrorçu lider Abdullah Öcalanın portretini qaldırıblar.
Aksiyaya BDP-dən olan bələdiyyə sədrləri, BDP rayon təşkilatlarının üzvləri də dəstək veriblər.
BDP-lilər burda təhlükəsizlik qülləsi tikilməsinin “Sülh prosesinə” zərbə olacağını deyiblər.
Abdullah Öcalanın portretini qaldırıblar.

































































































