Beynəlxalq Bakı Caz Festivalının keçirilmə vaxtı AÇIQLANDI 

Beynəlxalq Bakı Caz Festivalının keçirilmə vaxtı AÇIQLANDI 

Hazırda oxunan: Beynəlxalq Bakı Caz Festivalının keçirilmə vaxtı AÇIQLANDI 

36178

XVI Beynəlxalq Bakı Caz Festivalının keçiriləcəyi tarix açıqlanıb. 

Bizim.Media xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunacaq tədbir 2021-ci ilin 10-18 sentyabr tarixlərində baş tutacaq.
 

İkiillik fasilədən sonra keçirilən builki Bakı Caz Festivalı Azərbaycanın qəhrəman şəhidlərinin əziz xatirəsinə həsr olunacaq.


Bakı Caz Festivalı, həmçinin mövcud epidemioloji vəziyyət nəzərə alınaraq karantin qaydalarına uyğun şəkildə keçirilməsi ilə fərqlənəcək. 

Festivalın konsertləri “Beer Hall and Music Club” və “Art Tower Gallery”də, 18 sentyabrda qala konsert isə “Shahdag Night Club”da keçiriləcək.

Bu il festivala Hollandiya, Macarıstan, Türkiyə, Rusiya, İsrail, Almaniya, Lüksemburq və Gürcüstandan qruplar qatılacaq. Festivalda xarici həmkarları ilə birlikdə azərbaycanlı cazmenlər – Əməkdar artistlər Rain Sultanov, İsfar Sarabski, musiqiçilər Elbəy Məmmədzadə, Elvin Bəşirov, Diana Hacıyeva, Əfqan Rəsul, Nicat Aslanov və başqaları çıxış edəcəklər.

Sentyabrın 10-da festival çərçivəsində azərbaycanlı rəssamlar Hüseyn Haqverdiyev, Bəhram Xəlilov, Rüstəm Hüseynov, Arif Quluzadə “İmprovised by İndustry” layihəsini təqdim edəcəklər. Sentyabrın 17-də isə dizayner Leyla Əhmədovanın moda nümayişi – caz mövzusunda tamamilə yeni bir kolleksiyası təqdim olunacaq.
 

11 və 12 sentyabr tarixlərində “İncəsənət qülləsi” (“Art Tower”) qalereyasında caz-kino proqramı – keçən əsrin əfsanəvi filmlərinin nümayişi olacaq.


Bu il də Bakı Caz Festivalının ayrılmaz hissəsi olaraq ustad dərsləri və cem-seyşnlər (jam-session) təşkil ediləcək.

Qeyd edək ki, Bakı Caz Festivalı axırıncı dəfə 2019-cu il 18–27 oktyabr tarixlərində “Daha çox caz, daha çox intellekt” şüarı altında keçirilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO