Bakıda moda həftəsi keçiriləcək - 6 ölkədən dizayner gəlib

Bakıda moda həftəsi keçiriləcək - 6 ölkədən dizayner gəlib

Hazırda oxunan: Bakıda moda həftəsi keçiriləcək - 6 ölkədən dizayner gəlib
166427
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Noyabrın 29-dan dekabrın 3-dək Bakıda “Azerbaijan Fashion Week - 2023” moda həftəsi keçiriləcək. Builki tədbir Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Yaradıcı Həftə" çərçivəsində təşkil olunub. Tədbir xarici həmkarların milli və regional brendlərin, mal və xidmətlərin populyarlaşdırılması üçün birgə əməkdaşlığa cəlb edilməsinə imkan yaradacaq.

Bizim.Media xəbər verir ki, layihə milli brendlərin yerləşdirilməsi və təşviq edilməsi məsələlərinə yönəldilib. Bu tədbir moda dizaynerləri, bayerlər, yerli və xarici media nümayəndələri və moda sənayesinə yaxın olan digər mütəxəssislərin əməkdaşlığını birləşdirən platformadır.

Bundan əlavə, o, moda sektorunun inkişafına təkan verəcək və bütövlükdə moda, dizayn və mədəniyyət sahəsində mövcud problemlərin həlli vasitələrinin təkmilləşdirilməsinə kömək edəcək.

Moda dünyasındakı sürətli dəyişiklikləri nəzərə alaraq, “Azərbaycan Moda Həftəsi” çərçivəsində “Azerbaijan Fashion Forward” müsabiqəsinin təqdimatı keçiriləcək. Həmçinin tanınmış modelyer Orxan Sultanın gənc modelyerlər üçün master-klassı təşkil olunacaq. Tədbir dekabrın 2-si saat 12:00-da "Creative hub" Təhsil-İnkubasiya Mərkəzində keçiriləcək.

“Azərbaycan Moda Həftəsi” dekabrın 3-ü saat 19:00-da “The Ritz-Carlton” otelində keçiriləcək 15-ci Yubiley moda nümayişi ilə başa çatacaq.

Podiumdakı kolleksiyaları yalnız Azərbaycandan deyil, həm də Rusiya, Gürcüstan, Özbəkistan, Türkmənistan, Qazaxıstan və Qırğızıstan kimi dost ölkələrdən olan dizaynerlər təqdim edəcəklər.
Azərbaycanda moda həftələrinin keçirilməsinə start verən “Azerbaijan Fashion Week” layihəsinin ilk mövsümü 2015-ci ilin may ayında keçirilib.

Bakıda moda həftəsi keçiriləcək - 6 ölkədən dizayner gəlib - foto 1
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO